Bakıda yol polisi maşını qəzaya uğradı - <font color=red><b>Xəsarət alan var</b></font>
08:39 - 15 İyun 2022 tarixində dərc olunub.
Bakıda polis maşını qəzaya uğrayıb.
Ucnoqta.az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. 24 yaşlı Məmmədov Emin Allahverən oğlunun idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən ərazidə xidmət göstərən 99-YP-241 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili ilə toqquşub. Hadisə zamanı “Niva”nın sürücüsü xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.