Mağazadan oğurluq edən şəxs kameraya düşüb - Video

19:32 - 12 İyun 2022 - HADİSƏ

Biləsuvarda mağazadan oğurluq edən şəxs kameraya düşüb.

Hadisə Səmədabad kəndində, X. Quliyevə məxsus ərzaq mağazasında qeydə alınıb.

Belə ki, oğru mağazaya damdan daxil olaraq təxminən 1 300 manat nəğd pul və 1 700 manatlıq siqaret aparıb.

Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Artıq oğurluqda şübhəli bilinən şəxsi rayon polisi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti