Ucnoqta.az
www.ucnoqta.az

Mağazadan oğurluq edən şəxs kameraya düşüb - <font color=red><b>Video</b></font>

19:32 - 12 İyun 2022 tarixində dərc olunub.

Biləsuvarda mağazadan oğurluq edən şəxs kameraya düşüb.

Hadisə Səmədabad kəndində, X. Quliyevə məxsus ərzaq mağazasında qeydə alınıb.

Belə ki, oğru mağazaya damdan daxil olaraq təxminən 1 300 manat nəğd pul və 1 700 manatlıq siqaret aparıb.

Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Artıq oğurluqda şübhəli bilinən şəxsi rayon polisi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: