Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.99-EU-673 dövlət nömrə nişanlı "Mercedes" və 10-SZ-919 dövlət nömrə nişanlı "Lexus" markalı minik avtomobilləri toqquşub.
Hadisə zamanı Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Sultanov Fərrux Aslan oğlu və 2011-ci il təvəllüdlü Sultanzadə Yəhya Fərrux oğlu xəsarət alıb.
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.