Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda "Mercedes" "Lexus"la toqquşub, <font color=red><b>xəsarət alanlar var - FOTO</b></font>

19:02 - 12 İyun 2022 tarixində dərc olunub.

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.99-EU-673 dövlət nömrə nişanlı "Mercedes" və 10-SZ-919 dövlət nömrə nişanlı "Lexus" markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Sultanov Fərrux Aslan oğlu və 2011-ci il təvəllüdlü Sultanzadə Yəhya Fərrux oğlu xəsarət alıb.
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: