Ermənistanın Vayots Dzor bölgəsində Ermənistan Müdafiə Nazirliyinə məxsus yük maşını qəzaya uğrayıb.
Ucnoqta.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə iyunun 7-də saat 10:40 radələrində İrəvan-Meğri yolunun 127-ci kilometrliyində baş verib. Hərbçiləri daşıyan “Kamaz” markalı yük maşınının aşması nəticəsində xəsarətlər alan 11 əsgər xəstəxanalara çatdırılıb.
Qəzanın səbəbi araşdırılır.