Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda hərbi maşın qəzaya uğradı - <font color=red><b>11 əsgər yaralandı</b></font>

12:35 - 7 İyun 2022 tarixində dərc olunub.

Ermənistanın Vayots Dzor bölgəsində Ermənistan Müdafiə Nazirliyinə məxsus yük maşını qəzaya uğrayıb.

Ucnoqta.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə iyunun 7-də saat 10:40 radələrində İrəvan-Meğri yolunun 127-ci kilometrliyində baş verib. Hərbçiləri daşıyan “Kamaz” markalı yük maşınının aşması nəticəsində xəsarətlər alan 11 əsgər xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbi araşdırılır.

Müəllif: