Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Qaradağ rayonu ərazisində - Bakı-Ələt-Qazax magistralının Qobustandan keçən 52-ci kilometrliyində qeydə alınıb.
“Land Rover” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Eyvazov Vahid Səxavət oğlu ağır xəsarətlər alıb və Kliniki Tibbi Mərkəzə çatdrılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.////qafqazinfo