Ucnoqta.az
www.ucnoqta.az

“Land Rover” “KamAZ”a çırpıldı -<font color=red><b> Sürücü öldü</b></font>

10:24 - 7 İyun 2022 tarixində dərc olunub.

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Qaradağ rayonu ərazisində - Bakı-Ələt-Qazax magistralının Qobustandan keçən 52-ci kilometrliyində qeydə alınıb.

“Land Rover” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Eyvazov Vahid Səxavət oğlu ağır xəsarətlər alıb və Kliniki Tibbi Mərkəzə çatdrılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.////qafqazinfo

Müəllif: