Bakı istiqamətində yolda hərəkət dayanıb

09:09 - 6 İyun 2022 - Cəmiyyət

Sumqayıtdan Bakı istiqamətində yolda hərəkət tam dayanıb.

Güclü tıxac Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən başlanıb.

Yolda avtomobillərin hərəkəti tam iflic olub. Ərazidə maşınların hərəkətini tənzimləmək və tıxacın aradan qaldırılması üçün heç bir tədbir görülmür. 

Bakıya “20 yanvar” istiqamətindən giriş məhdudlaşıb.

Həmçinin tıxac Bakı Dairəvi Yolunda da davam edir. Həmin yolda yaranmış sıxlıq Səbail rayonu, Badamdar qəsəbəsinə qədər uzanır.///oxu.az

Xəbər xətti