Bazarda satıcılar arasında dava - bıçaqlanan var
16:14 - 29 May 2022 - HADİSƏ
Gədəbəydə bazarda satıcılar arasında dava olub.
“Report” xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında qeydə alınıb.
Dava zamanı rayon sakini, 1973-cü il təvəllüdlü Bayramov Mehman Qələndər oğlu döş qəfəsindən bıçaqlanıb.
M.Bayramov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Hadisənin təfərrüatı hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.