Bazarda satıcılar arasında dava - <font color=red><b>bıçaqlanan var</b></font>
16:14 - 29 May 2022 tarixində dərc olunub.
Gədəbəydə bazarda satıcılar arasında dava olub.
“Report” xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında qeydə alınıb.
Dava zamanı rayon sakini, 1973-cü il təvəllüdlü Bayramov Mehman Qələndər oğlu döş qəfəsindən bıçaqlanıb.
M.Bayramov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Hadisənin təfərrüatı hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.