Bu gün Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq

Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

 İlham Əliyev və Nikol Paşinyanın görüşdə tərəflərin sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif etdiyi məqamları müzakirə edəcəkləri gözlənilir.

Habelə, münasibətlərin tənzimlənməsi və ya sülh danışıqlarının başlanması üçün Ermənistan və Azərbaycanın təklif etdiyi bəndlər, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması məsələləri, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması məsələləri gündəmdə olacaq.

Qeyd edək ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub.

 

Tarix
22 May 2022 [11:30]
Müəllif
Üç nöqtə
2022-05-22 11:30:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin