Botanika İnstitutunun iki əməkdaşı vəfat etdi

09:56 - 21 Aprel 2022 - Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun iki əməkdaşı vəfat edib.

Botanika İnstitutundan verilən xəbərə görə AMEA Botanika İnstitutunun Elmi Şurasının üzvü, görkəmli alim, Azərbaycan Respublikasının əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Siracəddin Sərkərov 88-ci yaşında dünyasını dəyişib.

Daha bir alim, institutun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ədalət Səmədova isə 91 yaşında vəfat edib.

Allah rəhmət etsin!

 


Xəbər xətti