Azərbaycanda duru yağlar bahalaşır - VİDEO

07:40 - 21 Aprel 2022 - Cəmiyyət

Yağ da çörək kimi qidamızın əsasını təşkil edir. Yəni elə ev yoxdur ki, xüsusən də bitki yağından istifadə olunmasın. Gündəlik əsas tələbat məhsulu olan yağların isə qiyməti 15-20 faiz bahalaşıb. Bu faktı, satıcıların özləri ilə yanaşı, alıcılar da təsdiqləyir.

İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, hazırda dünyada baş verənlərin fonunda bitki yağının qiymətində artım gözlənilən idi.

Gündəlik tələbat məhsulları arasında əsas yer tutan qida məhsullarından biri də yağdır. Hazırda marketlərdə duru yağ əvvəlki qiymətlə müqayisədə xeyli fərqlə baha satılır. Vətəndaşlar deyir ki, qiymət artımı son günlər daha çox hiss olunur. Əvvəllər 5-10 qəpik bahalaşırdısa indi 2-3 manat qiymət artımı var.

Satıcılar da duru yağın qiymətinin 15-20 faiz bahalaşdığını təsdiq edib. Bahalaşmanın səbəbinin isə Rusiya və Ukrayna arasında baş verənlərlə əlaqələndiriblər.

Xəbər xətti