Bu məşhurların Rusiyaya girişinə 50 illik QADAĞA

20:54 - 20 Aprel 2022 - Xəbər

“İzvestiya” nəşri 50 il ərzində Rusiyaya girişi qadağan olunmuş Ukrayna mədəniyyət xadimlərinin siyahısını dərc edib.

Onların arasında müğənni Svetlana Loboda, “Okean Elzı” qrupunun rəhbəri Svyatoslav Vakarçuk, “Verka Serduçka” təxəllüsü ilə fəaliyyət göstərən artist Andrey Danilko və ifaçı “Monatik”, həmçinin Potap və Nastya da var.

Siyahıya musiqiçilərlə yanaşı, ukraynalı aktyorlar, blogerlər və teleaparıcılar da daxildir. Rusiya tərəfi hələlik dərc olunan siyahı ilə bağlı hər hansı rəsmi şərh verməyib.

 

Xəbər xətti