Bu ilin sonuna qədər metronun “Xocasən” stansiyası istifadəyə veriləcək

16:05 - 19 Aprel 2022 - Xəbər

2022-ci ilin sonuna qədər "Bakı Metropoliteni" QSC-nin “Bənövşəyi xətt”in yerüstü stansiyası olan “Xocasən” sərnişinlərin istifadəsinə veriləcək.

Bu barədə QSC-dən məlumat verilib.

“2016-cı il aprelin 19-u Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə müstəqillik dövrünün ilk, Bakı metropoliteninin üçüncü – “Bənövşəyi xətti”nin açılışı olub.

Bənövşəyi xətt iki stansiya ilə (“Avtovağzal” və “Memar Əcəmi”) istifadəyə verilib. Hazırda xəttin 3 stansiyası var”, - deyə açıqlamada bildirilib.

Xəbər xətti