Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz köməkçisini birinci müavin təyin etdirib.
Ucnoqta.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Abdin Fəzəliyev hələ Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən öz köməkçisi Yusif Sadıqovu özünə 1-ci müavin təyin edib. Hazırda Yusif Sadıqov həmin vəzifəni icra edir.