Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür - RƏSMİ

10:35 - 9 Aprel 2022 - Xəbər

“Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür. Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf "Sars-Cov2" əleyhinə vaksindən getmir”.

Bunu səhiyyə naziri Teymur Musayev açıqlamasında deyib.

Onun sözlərinə görə, vaksin istehsalı strateji məsələdir: “Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanda istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalı təmin edilə bilər”.///report

Xəbər xətti