Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür -<font color=red><b> RƏSMİ</b></font>

10:35 - 9 Aprel 2022 tarixində dərc olunub.

“Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür. Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf "Sars-Cov2" əleyhinə vaksindən getmir”.

Bunu səhiyyə naziri Teymur Musayev açıqlamasında deyib.

Onun sözlərinə görə, vaksin istehsalı strateji məsələdir: “Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanda istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalı təmin edilə bilər”.///report

Müəllif: