Türkiyədə yayımlanan məşhur “İşte benim stilim” proqramının üçüncü sezon iştirakçısı, azərbaycanlı model Təranə Rzayeva (Merlin Təranə) dünən baş verən partlayışda ağır yaralanıb.
OLAY-ın əldə etdiyi məlumata görə, hadisə zamanı beton parçaları onun üzərinə düşüb.
O, hazırda xəstəxanada müalicə olunur. Vəziyyətinin ağır olduğu söylənilir.