Şəbnəm 70 minlik "Galenvagen"i satıb 200 minə yenisini alır - FOTO

15:58 - 31 Mart 2022 - MAQAZİN

Müğənni Şəbnəm Tovuzlu "Mercedes Gelandewagen" markalı avtomilini satışa çıxarıb.

 Bu barədə lent.az-a ifaçının özü açıqlama verib: “Bahalı maşın deyil. Şükürlər olsun ki, özüm də qazanıram, həyat yoldaşım da. Mənə köməklik edir. İndi idarə etdiyim maşını çox sevirəm. Bu avtomobilin ən son və qara rəngini alacam. Ona görə də satmaq istəyirəm. Bu indi sürdüyüm 70-75 min arasındadır. Amma son modeli bahadı. Təxminən 200 min.

Qeyd edək ki, Ş.Tovuzlu bundan öncəki "Bentley Continental GT" markalı avtomobilini 150 min manata almışdı.


Xəbər xətti