Nazir polkovnikə yüksək vəzifə verdi

14:09 - 17 Mart 2022 - Xəbər

Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

Ucnoqta.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sərəncamda olan polis polkovniki Şaiq Əliyev DİN-in Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.

Ş.Əliyev bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

 

Xəbər xətti