Vilayət Eyvazov iki polis rəisi ilə bağlı əmr verdi

11:01 - 16 Mart 2022 - Xəbər

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kadr təyinatı həyata keçirib.

Nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev vəzifəsindən azad edilib.

Z.Əliyev müvafiq əmrlə Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Onun yerinə də təyinat olub. Nazirin əmri ilə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi Fəxrin Bektaşı 22-ci Polis Bölməsinin rəisi təyin edilib.///qafqazinfo

Xəbər xətti