Rusiyada koronavirusdan ölənlərin sayı 357 601 nəfərə çatıb

16:14 - 8 Mart 2022 - Xəbər

Rusiyada son sutka ərzində daha 66 576 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 081 394 nəfərə çatıb.

Son sutka ərzində 649 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 357 601 nəfərə çatıb.

Xəbər xətti