Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlanılıb

14:59 - 8 Mart 2022 - Xəbər

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar aparır.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır.

Məlumata görə, Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi artıq dindirilib.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti