Çavuşoğlu azərbaycanlıların Ukraynadan təxliyəsindən danışdı

15:45 - 5 Mart 2022 - Xəbər

“Bizim üçün əsas məsələ vətəndaşlarımızın sağ-salamat Ukraynadan çıxarılmasıdır. Bunun üçün bəzi bölgələrdə atəşkəs elan olunub”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Biz azərbaycanlı qardaşlarımızın da təxliyəsi ilə bağlı əlimizdən gələni edirik”, - deyə XİN başçısı vurğulayıb.///oxu.az

Xəbər xətti