Memarlıq və İnşaat Universitetinin professoru vəfat edib - FOTO

10:38 - 2 Mart 2022 - Cəmiyyət

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Texnoloji maşın və avadanlıqlar kafedrasının professoru, texnika elmləri namizədi Fikrət Yusubov vəfat edib.

O, 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Yusubov 1962-ci ildən AZMİU-da işləyib. İnşaat maşınları və avadanlıqları fənnini tədris edib. 3 dərslik, 3 elmi monoqrafiya, 10 metodiki vəsait və 60 məqalənin müəllifi olub.///report


Xəbər xətti