Ucnoqta.az
www.ucnoqta.az

Memarlıq və İnşaat Universitetinin professoru vəfat edib -<font color=red><b> FOTO</b></font>

10:38 - 2 Mart 2022 tarixində dərc olunub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Texnoloji maşın və avadanlıqlar kafedrasının professoru, texnika elmləri namizədi Fikrət Yusubov vəfat edib.

O, 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Yusubov 1962-ci ildən AZMİU-da işləyib. İnşaat maşınları və avadanlıqları fənnini tədris edib. 3 dərslik, 3 elmi monoqrafiya, 10 metodiki vəsait və 60 məqalənin müəllifi olub.///report

Müəllif: