“Ukraynada olan tələbələrin mövcud problemləri ilə Azərbaycanın müvafiq qurumları məşğul olurlar”.
Bunu təhsil naziri Emin Əmrullayev gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün təsdiqlənən Dövlət Proqramı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, Ukraynada təhsil alan tələbələr Azərbaycan vətəndaşlarıdır:
“Onların problemləri hazırda bütün dövlət qurumlarının diqqətindədir”.
O qeyd edib ki, Xarici İşlər Nazirliyi tərəfindən bunlar kommunikasiya edilir: “Təhsil Nazirliyi onlara dəstək verir”.