Ucnoqta.az
www.ucnoqta.az

Nazir Ukraynada təhsil alan azərbaycanlı tələbələrin durumundan danışdı

15:41 - 1 Mart 2022 tarixində dərc olunub.

“Ukraynada olan tələbələrin mövcud problemləri ilə Azərbaycanın müvafiq qurumları məşğul olurlar”.

Bunu təhsil naziri Emin Əmrullayev gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün təsdiqlənən Dövlət Proqramı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, Ukraynada təhsil alan tələbələr Azərbaycan vətəndaşlarıdır:

“Onların problemləri hazırda bütün dövlət qurumlarının diqqətindədir”.

O qeyd edib ki, Xarici İşlər Nazirliyi tərəfindən bunlar kommunikasiya edilir: “Təhsil Nazirliyi onlara dəstək verir”.

Müəllif: