Ukraynaya növbəti humanitar yardım yola salındı

19:30 - 27 Fevral 2022 - Xəbər

Azərbaycandan Ukrayna üçün humanitar yardım aparan ikinci təyyarə yola salınır.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilir. Bu gün səhər saatlarında tibbi vasitələrin yükləndiyi ilk təyyarə yola düşüb.

Xəbər xətti