Məktəblərdə şagirdlərdən mobil telefonlar götürüləcək? - AÇIQLAMA

14:15 - 18 Fevral 2022 - Cəmiyyət

Şagirdlərdən mobil telefonların yığılması məktəb daxili qaydalarla tənzimlənir.

Ucnoqta.az, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bunun mərkəzləşmiş bir qərarla tənzimlənməsini düzgün deyil. “Telefon müəyyən mənada şagirdə lazımdır. Valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm”, - deyə nazir qeyd edib.

Xəbər xətti