Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşı Türkiyədə 2021-2022-ci il Təhsil və Təlim Dövrünü bitirərək məzun olublar.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki Səfirliyi yayıb.
Qeyd olunub ki, buraxılış mərasimində səfirliyinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və digər şəxslər iştirak edib.