Yük avtomobili sürücülərinin yolu bağlamasına görə cinayət işi açıldı

19:14 - 17 Fevral 2022 - Cəmiyyət

Bu gün səhər saatlarında yük avtomobilləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb. Bu barədə Ucnoqta.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.Qurum rəsmisi bildirib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb. “Məsələyə hüquqi müstəvidə qiymət veriləcək”, - Araz Əsgərli qeyd edib.

Xəbər xətti