106 qanunazidd bələdiyyə aktı inzibati nəzarət qaydasında verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən ləğv edilib və ya dəyişdirilib.
Bu, fevral ayının 18-də Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılacaq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzə”də əksini tapıb.
İnzibati nəzarət çərçivəsində ümumilikdə 9323 hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Nəticədə 290 ha torpaq sahəsi mülkiyyətə, 8806 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə 9096 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib, 227 ha torpaq sahəsi ilə bağlı mübahisələr hələ məhkəmələrin icraatındadır.