Yol polisi Nəcməddin Sadıkovu cərimələdi

15:01 - 16 Fevral 2022 - Xəbər

Yol polisi Nəcməddin Sadıkovun törətdiyi yol qəzası barədə məlumat yayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Ucnoqta.az-a bildirib ki, “Toyota Land Cruiser “ markalı, 90 AS 020 seriyalı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunub.

Yol nəqliyyat hadisəsi sənədləşdirilib, qarşı tərəfə dəyən ziyan ödənilib.

Xəbər xətti