Pərvin Baxşəliyeva Agentlikdə yeni vəzifəyə təyin olundu

13:31 - 16 Fevral 2022 - Xəbər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin sədri Zaur Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Pərvin Baxşəliyeva qurumun Marketinq və tədbirlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, o, bundan əvvəl Dövlət Agentliyində koordinator vəzifəsində çalışıb.

Xəbər xətti