Təhsil Nazirliyindən vakansiya yerlərinin gizlədilməsi ilə bağlı - AÇIQLAMA

12:21 - 16 Fevral 2022 - Cəmiyyət

Təhsil Nazirliyi vakansiya yerlərinin gizlədilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bu barədə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklərlə bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
O qeyd edib ki, əgər belə hal varsa, bununla bağlı nazirliyə müraciət olunsun və məsələ araşdırılsın:

“Vakant yerlərə işə qəbul MİQ vasitəsilə həyata keçirilir. Əgər belə hallar varsa, biz onunla mübarizə aparırıq. Belə məlumat daxil olarsa, dərhal reaksiya verə bilərik. Bununla bağlı çağrı mərkəzimizə də müraciət oluna bilər. Cari tədris ilində kütləvi, yəni, onlarla, yüzlərlə belə müraciət olmayıb. Əgər belə hal varsa, müraciət edilsin, araşdıraq və müvafiq tədbirlər görək”.///qafqazinfo

Xəbər xətti