Bərdədə avtomobil ağaca çırpılıb - FOTO

13:21 - 4 Fevral 2022 - HADİSƏ

Bərdədə yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb.

Rayon sakini, 2001-ci il təvəllüdlü Mirzəliyev Kamran Şəmil oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə ağır bədən xəsarətləri alan K.Mirzəliyev Bərdə Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.


Xəbər xətti