Bərdədə yol qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb.
Rayon sakini, 2001-ci il təvəllüdlü Mirzəliyev Kamran Şəmil oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə ağır bədən xəsarətləri alan K.Mirzəliyev Bərdə Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.