Şagirdləri daşıyan mikroavtobus qəzaya uğradı, yaralananlar var

06:15 - 4 Fevral 2022 - HADİSƏ

Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Bu barədə Türkiyə mətbuatı xəbər verir. Məlumata görə, hadisə Milasda baş verib. Qəza zamanı mikroavtobusda olan 21 şagirddən 12-si xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib, yaralılardan 11-i Milas Dövlət Xəstəxanasına, 1-i isə özəl tibb müəssisəsinə çatdırılıb. Qəzanın başvermə səbəbləri açıqlanmır.

Xəbər xətti