Şagirdləri daşıyan mikroavtobus qəzaya uğradı, <font color=red><b>yaralananlar var</b></font>
06:15 - 4 Fevral 2022 tarixində dərc olunub.
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Məlumata görə, hadisə Milasda baş verib. Qəza zamanı mikroavtobusda olan 21 şagirddən 12-si xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib, yaralılardan 11-i Milas Dövlət Xəstəxanasına, 1-i isə özəl tibb müəssisəsinə çatdırılıb. Qəzanın başvermə səbəbləri açıqlanmır.