Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hərəkətdə olan “Chevrolet Cruze” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarı ilə gedən 3 qadını vurub. Daha sonra avtomobil 5 mərtəbəli binaya çırpılıb. Qəza zamanı sürücü və 3 qadın piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.