Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə avtomobil 3 piyadanı vuraraq binaya çırpıldı -<font color=red><b> FOTO</b></font>

17:43 - 3 Fevral 2022 tarixində dərc olunub.

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hərəkətdə olan “Chevrolet Cruze” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarı ilə gedən 3 qadını vurub. Daha sonra avtomobil 5 mərtəbəli binaya çırpılıb. Qəza zamanı sürücü və 3 qadın piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: