Tovuzda yol qəzasında ər-arvad xəsarət aldı

18:28 - 2 Fevral 2022 - HADİSƏ

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Əyyublu kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir qadın və bir kişi ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onların ər-arvad olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti