Tovuzda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Əyyublu kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir qadın və bir kişi ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onların ər-arvad olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.