Ana və azyaşlı qızı dəm qazından zəhərlənib

23:51 - 1 Fevral 2022 - HADİSƏ

Bakıda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb. Bülbülə qəsəbəsində 1988-ci il təvəllüdlü Aslanova Ramilə Rafiq qızı və onun 5 yaşlı övladı Aslanova Məryəm Ceyhun qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti