Bakıda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib.
Hadisə Suraxanı rayonunda qeydə alınıb. Bülbülə qəsəbəsində 1988-ci il təvəllüdlü Aslanova Ramilə Rafiq qızı və onun 5 yaşlı övladı Aslanova Məryəm Ceyhun qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.///report