Məşhur serialda Azərbaycana qarşı TƏXRİBAT - VİDEO

15:43 - 31 Yanvar 2022 - Xəbər

Bu ilin yanvarından ABŞ-ın FOX telekanalında yayımlanan “The Cleaning Lady” (Xadimə) adlı serialın üçüncü bölümündə Azərbaycana qarşı təxribata yol verilib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən bölümdə iki erməni ailəsinin toyu nümayiş etdirilib. Baş rol ifaçılarından biri bunları deyib:
“Xalqımız bu qədər kədər və itkilər yaşayıb. Bizim harada olmağımızdan, hara getməyimizdən asılı olmayaraq, Ermənistan həmişə bizim evimiz olacaq. Buna görə də fəxrlə bildirirəm ki, torpağımızı Azərbaycandan geri almağımız üçün oğlum Tariki erməni ordusuna göndərirəm. Əminəm ki, biz hamımız onunla fəxr edəcəyik”.

Maraqlıdır ki, bu epizod Azərbaycanın “Vağzalı” və “Heyvagülü” mahnılarına bənzər melodiyarla müşayiət edilib.

Xəbər xətti